Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Mia.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətindən bildirilib.

Qeyd olunub ki, buna səbəb E.Valtonenin ötən gün Tbilisidə keçirilmiş qanunsuz mitinqdə iştirak etməsi və yalan bəyanatlar verməsidir.