Məşhur YAP-çı, Naftalanın sabiq icra başçısı və Milli Məclisin keçmiş deputatı Musa Musayev PA-nın "Dövlətə xəyanət" və "Hakimiyyəti ələ keçirməyə cəhd" maddələri ilə haqqında cinayət işi açılmış sabiq rəhbəri Ramiz Mehdiyev haqqında qısa şərh verib.

Mia.az xəbər verir ki, Musa Musayev Feysbuk-dak hesabında yazıb:

""Ağsaqqalı"da” təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsi! Haqq nazilər, lakin üzülməz! Məni qəbul edəndə, deyirdi ki, məndən sənə əmanət: çalış, pambıqla baş kəs (özü kimi), sən çox prinsipal adamsan, qılıncı almısan əlinə kim gəldi, başını kəsirsən...

Mən heç vaxt yıxılanı baltalamamışam. 2000 - 2005-ci illər deputat olanda Parlamentdə, 2006-cı ildə martın 24-də Naftalana İcra başçısı göndəriləndə, kabinetində Ramiz Mehdiyevə öz sözümü demişəm . Nəticəsidə hər kəsə bəllidir".

Samir 

MİA.AZ