Bu gün MSK-da Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi məsələsinə baxılıb.
Mia.az xəbər verir ki, iclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.
***
Oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
İclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq.
Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib. Ramil Həsən APA-ya açıqlamasında vəzifəsinin icrasına sabah - oktyabrın 15-dən etibarən başlayacağını bildirib.
Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub