Bu gün Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyin akt zalında Azərbaycan Respubliasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyyə yardımı ilə “Qaydış”İctimai Birliyinin təşkil etdiyi “Mədəni irsimiz: Örənqala torpaq altında qalmış şəhər” adlı layihəsinin təqdimat mərasimi keçirilib.

 İlkin olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, ölkəmizin müstəqilliliyi, ərazi bütövlüyü və torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra “Qaydış” İctimai Birliyinin sədri Şamxal Rəhimov Layihə çərçivəsində hazırlanış katoloq kitabça və ona uyğun vidiomateriallardan danışdı, tədbirin təşkilinə kömək göstərən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova  təşəkkürünü bildirdi.

İştirakçılara kitabçalar paylandı, onlar vidomaterialları maraqla izlədilər.(Müəlliflər tarix elmləri üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev və tanınmış mədəniyyətşunas Xəqani Əliyevdir)

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü Səxavət Tağlar, AMEA-nın Arxeologiya və Antrapologiya İnstitutnun əməkdaşları -tarix elmləri üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev, tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Həsənov, şair-publisist Rövşən Qarabudaq, Beyləqan şəhər Tarix Diyarşunaslıq muzeyinin əməkdaşı Natiq Quliyev və AYB Beyləqan Bölməsinin məsul katibi, Prezident təqaüdlü şair Raquf Budaqlı çıxış etdilər.

Sonda diskusiya oldu. “ Qaydış” İçtimai Birliyinin əməkdaşları və tədbirdə iştirak edən alimlər iştirakçıların suallarını cavablandırdılar.

Qonaqlar tədbirdən sonra Beyləqan MKS-ya gedərək 100 ədəd kitab hədiyyə etdilər.

MİA.AZ