"Prezident İlham Əliyevin Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev "X" hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır.