Şair Əlisəmid Kür Salyan rayon qəbiristanlığında dəfn olunub.
Mia.az xəbər verir ki, şairlə vida mərasimi Hacı Tağı məscidində keçirilib.
Daha sonra o, torpağa tapşırılıb.
***
Bir müddətdir ağır xəstəliklərdən əziyyət çəkən Şair Əlisəmid Kür bu gün vəfat edib.
Mia.az xəbər verir ki, şair Salyanda dəfin olunacaq.
Qeyd edək ki,Əlisəmid Cəfərli (Əlisəmid Kür) 8 fevral 1954-cü ildə Salyanda anadan olub.
Uzun müddət Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub.
Allah rəhmət eləsin!