Bakının Nərimanov rayonunda dəhşətli hadisə baş verib.

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, bu gün səhərə yaxın Ağa Nemətulla küçəsində qardaş iki bacısını bıçaqlayıb.

Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Ş.Mahmudova və Ü.Əliyeva ağır xəsarətlər alıblar. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar.

Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.