"ABŞ-la münasibətlərin normallaşması prosesi səmərəsizdir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, "RBK"-yə müsahibəsində ABŞ prezidenti Donald Trampın ötən gün Rusiyanı “kağız pələng” kimi xarakterizə etməsini anlaşılmaz sayıb: "Ən az ona görə ki, Rusiya pələng deyil. Rusiyanı daha çox ayı ilə əlaqələndirilir. "Kağız ayı" deyilən bir şey də yoxdur. Rusiya əsl ayıdır. Rusiya prezidenti Vladimir Putin də bu barədə mesajlar verib...".

Peskov "ABŞ-ın Rusiya iqtisadiyyatı məhv prosesindədir" iddiası ilə də razılaşmayı: "Əksinə, Rusiya gərginlik və sanksiyalara baxmayaraq, ayağa qalxıb, sabitliyini qoruyub..."

Peskov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı həmkarı Marko Rubio ilə bu həftənin sonunda görüşəcəyini də deyib: "Bu görüşdə son durumu daha aydın öyrənəcəyik"

Samir MUSAYEV
MİA.AZ