ABŞ prezidenti Donald Trampın müsəlman liderlərlə“Qəzza Zirvəsi” adlı görüş təşkil edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Misir, İordaniya, Türkiyə, İndoneziya və Pakistan prezidentləri ilə bir araya gələn Tramp mühim mesajlar verib.

O, Ərdoğanla masanın başında yan-yana oturaraq deyib: "Qəzzada müharibəni bitirəcəyik. Hörmət etdiyim liderlərlə Yaxın Şərqdə normal həyata qayıtmaq istəyirik. Bu, mənim ən mühüm görüşümdür. Biz burada 32 görüş keçirdik. Müsəlman ölkələri ilə görüş çox vacibdir, çünki yəqin ki, heç başlamamalı olan bir şeyi bitirəcəyik"

Prezident Ərdoğan sammitdən sonra jurnalistlərə deyib ki, görüşlə bağlı ortaq bəyanat yayılacaq: "Yəqin ki, yekun bəyannamə qısa zamanda açıqlanacaq. Bu görüşün yekun bəyannaməsi həm cənab Trampın, həm də cənab Təmimin (Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani) verdiyi açıqlamalarla da bilinəcək. Çox, çox məhsuldar və yaxşı bir görüşü yekunlaşdırdıq. Məmnunam, xeyirli olsun”

Firudin Səfərli
MİA.AZ