Türkiyə prezidenti Ərdoğanın lideri olduğu AK Partiyanın İstanbul şəhər təşkilatı CHP lideri Özgür Özəl haqqında xüsusi ittiham qaydasında şikayət verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə təşkilatın sədr müavini müavini Muammer Birdal açıqlama verib.
O, CHP sədri Özgür Özəlin ötən həftə sədri korrupsiya ittihamı ilə tutulan Bayrampaşa Bələdiyyəsindəki əməliyyatda AK PAariyanı ittiham etməsini qəbuledilməz sayıb: "Özgür Özəl bu əsassız iddialaır ilə partiya və təşkilatmıza böhtan atıb. Və buna görə cəzalanmalıdır".
Sədr müavini deyib ki, CHP liderinə qarşı simvolik 3 qəpiklik mənəvi təzminat tələbi də qoyublar.
Firudin Səfərli
MİA.AZ