BMT-yə toplantıya gələn İran diplomatlarına qadağa qoyulub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ hökuməti BMT toplantısı üçün Nyu-Yorka gələn iranlı diplomatların hərəkət fəaliyyətini, hətta onların topdansatış mağazalarında alış-verişini və dəbdəbəli mallar almasını məhdudlaşdırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommy Pigott bildirib ki, İran rəsmiləri BMT Baş Assambleyasında öz rəsmi vəzifələrini yerinə yetirmək üçün BMT-nin mənzil-qərargahına gedib-gəlməli olduqları ərazilərdən kənara çıxa bilməzlər: "Bundan başqa, İran rəsmiləri, o cümlədən İranın Nyu Yorkdakı nümayəndəliyinin əməkdaşları ABŞ-da topdansatış mağazalarda alış-veriş etmək üçün mütlıq icazə almalıdırlar. İran xalqı əziyyət çəkdiyi bir vaxtda onlara Nyu-Yorkda alış-veriş etməyə rahat şərait yarada bilmərik"
CNN-in məlumatına görə, İran rəsmilərindən 1000 dollardan yuxarı saatlar, dəri və ipək paltarlar, xəzlər, zərgərlik məmulatları, ətirlər, elektron cihazlar, spirtli içkilər, o cümlədən 60 min dollardan yuxarı avtomobillər almaq qadaağa edilib: "Onlar bu qadağanı qaldırılması üün mütlıq rəsmilərdən icazə almalıdırlar..."
Firudin Səfərli
MİA.AZ