Bu gün Sabirabad rayonunda zəlzələ olub.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 00.11-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.

Zəlzələ ocağı Yerin 66 kilometr dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.