Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "Dövlət-Özəl Tərəfdaşlığı (PPP) sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq Sazişi" imzalanıb.
Mia.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və IFC-nin Avropa üzrə Regional Meneceri Tomas Lyubek imzalayıb.
Saziş PPP əməliyyat məsləhət xidmətləri çərçivəsində tərəflər arasında bilik və təcrübə mübadiləsini nəzərdə tutur.