"Rusiya prezidenti Vladimir Putin həqiqətən məni çox məyus elədi. O, gözləmədiyim kimi davrandı. Halbuki, onunla çox gözəl münasibətim var. Və bu münasibətimizə görə, hələ Prezident kürsüsünə oturmadan onunla Ukrayna savaşını bitərə biləcəyimi düşünürdüm. Olmadı, o, məni sonsuz kədərləndirdi".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp Böyük Britaniyaya rəsmi səfərinin son günündə Baş naziri Key Starmerlə birgə mətbuat konfransında deyib.
Tramp əlavə edib ki, indiyə qədər 7 müharibəni sülhlə o, bitirib: "Təkrar edirəm, bitirilməsi ən asan müharibə saydığım Ukrayna müharibəsinndə Putin məni məyus etdi. Bu müharibə bitməlidir. Bunun üçün çalışacağam"
ABŞ lideri jurnalistlərdən birinin "Putini Alyaskaya dəvət etdiyinə görə peşman deyilsiniz ki", - sualına qısaxa “Xeyr” cavabını verib.
O, daha sonra Ukrayna savaşının uzanmasında Avropa ölkələrini də günahlandırıb: "Avropa ölkələri hələ də Rusiyadan neft alır. Bu, xoş deyil. Sadə dillə deyirəm: neft qiymətləri düşərsə, Putinin müharibəni bitirməkdən başqa çarəsi qalmayacaq”.
Samir MUSAYEV
MİA.AZ