Türkiyə Suriyanın bəzi bölgələrində olan ordusunu geri çəkmək üçün şərtini açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin sözçüsü Kont-Amiral Zeki Aktürk ənənəvi həftəlik brifinqdə sullara cavabda danışıb.
O deyib ki, Türkiyə öz hərbçilərini geri şəkməyə hazırdır. Lakin bunun üçün iki şərtlərinə əməl edilməlidir: “Hərbçilərimizin Suriyadan çıxarılmasına üçün, birincisi, sərhəd təhlükəsizliyimiz tam təmin olunmaldır. İincisi isə terror təhlükəsi tamamilə aradan qaldırılmalıdır. Bundan sonra hərbçilərimzin geri çağırılması məsələsi müzakirə olunar"
Samir Musayev
MİA.AZ