Türkiyənin Samsun şəhəri, Bafra rayonunda həyat yoldaşı və uşağını "qəsdən öldürmək" ittihamı ilə həbs edilən həkim Serdar Kıyak həbsxanada özünü asaraq intihara cəhd edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, nəzarətçilərin operativ müdaxiləsiylə xilas edilib.

Məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya köçürülüb.

Xatırlaadq ki, Samsunun Bafra rayonunda Ondokuz May Universiteti Tibb Fakültəsində çalışan 32 yaşlı həkim Serdar Kıyakın idarə etdiyi avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində maşında olan həyat yoldaşı Gülşah Karaman Kıyak və 3 yaşlı oğlu Alperen Poyraz Kızılırmak çayına düşərək orada batıb.

Çaydan yüngül xəsarətlərlə xilas olan Kıyakın arvadı və oğlu isə orada ölüblər. Ailəsinin dəfn məraismi zaanı isə həkim tabutlara sarılaraq "timsah göz yaşı" töküb. Lakin istitaq sonradan müəyyən edib ki, həkim qəsdən maşını çaya yönləndirərək, arvadı və oğlunu bilərəkdən öldürüb.

Bundan sonra o, həbsxanaya göndərilib. Məlumatda deyilirdi ki, yaxınlarda o, hakim qarşısına çıxarılacaq...

Firudin Səfərli
MİA.AZ