Ukrayna prezidenti Vladimir Zelenski bu gün ölkəsi ilə Böyük Britaniya arasında bu ilin yanvar ayında imzalanmış “100 illik tərəfdaşlıq” sazişini təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Zelenski açıqlama verib.
O, bu sazişə görə Britaniya kralı III Çarlza və ailəsinə təşəkkür edib: "Ukraynada insanlar həyatını və dəyərlərini qorumaq üçün mübarizə aparır. Bu mübarizədə ABŞ və Avropadakı müttəfiqlərdən mühüm dəstək alırıq. Böyük Britaniyanın bir çox sahələrdə, o cümlədən azadlığımızın müdafiəsində öncüllük edir. Bu gün Ukrayna ilə Böyük Britaniya arasında “100 illik tərəfdaşlıq” sazişini imzaladım. Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”.
Samir MUSAYEV
MİA.AZ