Türkiyənin sevilən aktyorlarından olan və "Geniş Ailə" serialında "Cevahir" obrazı ilə tanınan Ufuk Özkandan şad xəbər gəlib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən həftə reanimasiyaya yerləşdirilən aktyor bu gün artıq evə buraxılıb.

Xəsətxana qarşısında fotosunu paylaşan aktyor ona dua edənlərə təşəkkür edib: "Artıq yaxşıyam. Dualarınızı iliyimə qədər hiss etdim. Hər kəs təşəkkür edirəm"

Xatırladaq ki, aktyorun əvvəlcə dərman içərəkintihara cəhd etdiyi deyilsə də, sonradan bu təkzib edilmişdi.

Ləman
MİA.AZ