Fələstin prezidenti Mahmud Abbas bu gün Ankaraya gələcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Mahmud Abbası rəsmi mərasimlə qarşılayacaq.

Məlumatda deyilir ki, Ərdoğan Abbasla Qəzzada yaşanan son hadisələri müzakirə edəcək. Daha sonra ikilini mətbuat konfransı keçirəcəyi bildirilir.

Sonda isə Ərdoğan Mahmud Abbasın şərəfinə şam yeməyi verəcək.

Firudin Səfərli
MİA.AZ