Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Mia.az "Azəriqaz"a istinadla bildirir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 18.09.2025–ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.