Türkiyədə yayımlanan "Kılıcık şərbəsi" serialı Ərdoğanın lideri olduğu Cumhur İttifaqının ortaqlarından Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticiyə də qəzəbləndirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən seriyaların birində Azərbaycanın "Ay saçı burma" mahnısını erotik səhnədə ifa etdirən seriailın rejissor və ssenaristinə etirazların artığı br dönəmdə partiya sədri azərbaycanlıların narazılığına haqq verib.
BBP sədri Mustafa Destici bildirib ki, bu serial türk ailə formatına, milli-mənəvi dəyərlərə böyük zərbə vurur:
"“Kızılcık Şerbeti” serialı ailə institutuna sui-qəsddir. Ssenari əxlaqsızlığı normativ hala gətirməyə çalışır burada"
Müsəlman türk millətinin tarixən ən böyük gücünü güclü ailə institutundan aldığını deyən partiya sədri serialda evli insanları qeyri-qanuni münasibətlər üzərində təbliğinun yolverilməz olduğunu vurğulayıb: "Bu biabırçılığı sənət adlandırmaq olmaz, bu, açıq-aşkar türk toplumuna qarşı əməliyyatdır. Serialda müsəlman türk qadınlarını bu şəkildə təqdim etmək cinayətdir".
BBP sədri daha sonra serialda təhqiredici bir səhnədə Azərbaycan xalq mahnısının istifadə olunmasını da qınayıb: "Bu hərəkət təkcə Türkiyədəki ailə quruluşuna deyil, həm də dost və qardaş ölkəmiz Azərbaycana da təhqirdir. Bu serial dərhal ekranlardan yığışılmalı və yayımına qadağa qoyulmalıdır. Müvafiq qurumlar gecikmədən addım atmalıdır"
Ləman
MİA.AZ