Bakı metrosu "Formula 1" yarışının keçiriləcəyi günlərdə sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.
Mia.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məəlumat yayıb.
Bildirilib ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.