ABŞ prezidenti Donald Tramp növbəti dəfə ABŞ Federal Ehtiyat Sistemi (FED) rəhbərliyinə səslənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, FED-dən faiz dərəcələrini dərhal və gözləniləndən daha böyük fərqlə endirməyi tələb edib.

O, növbəti çağırşında FED başqamı Jerome Pauelə "Çox gec" ləqəbi də qoşub: ""Çox gec" faiz dərəcələrini indi və onun nəzərdə tutduğundan daha böyük bir fərqlə endir. Mənzil bazarı fırılayacaq"

Xatırladaq ki, çərşənbə günü FED iclas keçirəcək İclasda siyasət faizində 25 bəndlik azalma proqnozlaşdırır.

FED-in siyasət faizi hazırda 4,25-4,50 faiz arasındadır.

Lamiyə Əhmədli
MİA.AZ