Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident təqaüdçüsü Səxavət Tağların nəvəsi Uğur Tağıyev bu gün Abşeron rayon Xırdalan 2 nömrəli tam orta ümumtəhsil məktəbində I sinfə qədəm qoyub.
"Bilik Bayramı", ilk dərs gününün sonunda Uğur təəssüratlarını babası ilə bölüşüb: "Baba, müəllimimiz Aytəkin Süleymanova bizi çox səmimi qarşıladı. Elə ilk dərs günü o, bizi bir ana, bir müəllim, bir doğma insan kimi qaşılayıb, həyəcanlarımıza son qoydu. Sevinirəm ki, müəllimimiz hamının dilindən "yaxşı müəllim", " uşaqlara ana nəvazişi göstərən təcrübəli pedaqoq" kimi eşidib, üzünü görmədiyim Aytəkin müəllimədir! Biz onu ilk gündən sevdik!..."
Uğurun təəssüratları ailədə sevinc yaradıb. Odur ki, Səxavət müəllim başda olmaqla ailə üzvləri Aytəkin xanıma və məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildirir.
Qeyd edək ki, Səxavət müəllimin başqa övladından olan 2 nəvəsi də var. Şəbnəm Baxışlı AQU-nun ingilis dili müəllimliyi fakultəsinin IV kursunda oxuyur, istedadı ilə Universitetdə hər kəsin dərin hörmətini qazanıb. Zeynəb Baxışlı isə Bakı şəhər Balaxanı qəsəbəsinin 259 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinfində oxuyur, dərs əlaçısıdır.
MİA.AZ