İsrail ordusu Qəzzada əməliyyatı genişləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu son 4 gündə Qəzzada Birləşmiş Millətlər Təşkilatının (BMT) Yardım və İşlər üzrə Agentliyinə(UNRWA) məxsus 10 binanı bombalayıb.
UNRWA-nın binalarının bombalanması barədə xəbəri Agentliyin baş komissarı Filip Lazzarinini təsdiqləyib.
O bildirib ki, Qəzza şəhəri və onun şimal sərhəddində artıq təhlükəsiz yer yoxdur: "İnd onlar bizə aid binaları da vurur. UNRWA əməkdaşları hücumlar səbəbilə Əl-Şati Qaçqınlar Düşərgəsində səhiyyə xidmətlərini dayandırıb. Bizə məxsus ümumilikdə 10 bina son 10 gündə vurulub. Onlardan 8-i məktəb, 2-si sağlamlıq mərkəzi olub"
Tahir Şəlvəli
MİA.AZ