"Biz Rusiya dronlarının Polşaya girməsini böyük narahatlıqla izləyirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Onunn bu sözlərini Baş katibin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında səsləndiirb.
Sözçü bildirib ki, Baş katib Rusiya PUA-larının Polşanın hava məkanını pozaraq bir gecədə Polşaya daxil olması və yaşayış məntəqələrinə ziyan vurması ilə bağlı xəbərləri böyük narahatlıqla izləyib: "Cənab Baş katib bu hadisəni qətiyətlə pisləyib. Ukraynada tam, dərhal və qeyd-şərtsiz atəşkəsə, eləcə də ədalətli, hərtərəfli və daimi sülhə təcili ehtiyac var".
Zülfiyyə Mustafayeva
MİA.AZ