Sentyabrın 7-8-də qeyri-adi Ay tutulması (Blood Moon) olacaq. Belə nadir təbiət hadisəsi 3 ildən bir baş verir və insanlar yalnız 2028-ci ildə bu hadisənin təkrarına baxa biləcək.
Mia.az bildirir ki, hadisənin Bakıdan müşahidə imkanları var.
Tam Ay tutulması Ayın Yer planetinin tam kölgəsinə daxil olması deməkdi. Bu zaman Ay qırmızı rəngə boyanır. Bu astronomik hadisəni Avropa, Asiya, Afrika və Avstraliyadan izləmək mümkün olacaq. Tutulma bir neçə faza ilə müşayiət olacaq:
Penumbra (Yarıkölgə) başlanğıcı: ~15:28 UTC → Bakı vaxtı ilə ~19:28
Partiya (qismən) başlanğıcı: ~16:27 UTC → Bakı vaxtı ilə ~20:27
Total (tam) başlanğıcı: ~17:30 UTC → Bakı vaxtı ilə ~21:30
Maksimum (zirvə) mərhələ: ~18:11 UTC → Bakı vaxtı ilə ~22:11
Total bitişi: ~18:52 UTC → Bakı vaxtı ilə ~22:52
Partiya fazası bitişi: ~19:56 UTC → Bakı vaxtı ilə ~23:56
Penumbra tamamlanması: ~20:55 UTC → Bakı vaxtı ilə ~00:55 (8 Sentyabr)
Tamlığa (Totality) davametmə müddəti: Təxminən 82 dəqiqə.
Bakıda tam tutulmanı 21:30–22:52 aralığında izləmək olacaq.
Zülfiyyə Mustafayeva
Mia.az