Demək keçən həftə medianı yığıb apardılar qatarla Ağdama. Hərçənd bundan əvvəl siyasətçilər və diplomatları aparmışdılar.
Nəsə media və hörmətli insan Ağdama getdi, qatarlar təzə və təmiz. Elan oldu ki ki, Bakıdan Ağdama 12 manat 80 qəpik olacaq, əvvəli stansiyalar isə 12 manat. Həqiqətən pis deyildi.
Açığı indi qatardan istifadə etməsəm də, Ağdama doğru sondan ikinci stansiya - Köçərli bizim kənddə olduğu üçün maraqlı gəldi. Yəni biz də istifadə edə bilərik.
İndi iş elə gətirdi ki, Bakıdan kəndə getməli oldum və ... Baxdım ki, bəs qiymətlər bahalaşıb deməyək, dəyişib.
Göründüyü kimi, artıq Ağdam bileti 14,50 manatdır. Yenə də yoxa nəhlət, guya olmasa nə deyə əksik ki?? Üstəlik Ağdama gedən qatara nə qədər çox pul versən dəyər, amma Köçərliyə deyil)))
Amma məsələ ondadır ki, dövlət qurumu elan etdiyi qiyməti niyə bir həftədən sonra dəyişsin? Ölkədə bizim bilmədiyimiz nə baş verdi ki, bir həftə qabaq 12,80 olan qiymət 14,30 oldu? Yoxsa bu reklam hissəsi imiş, bizə deməyiblər?
Kənan Rövşənoğlu
MİA.AZ