“Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır”.
Mia.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev sosial media hesabında yazıb.
O bildirib ki, Bakı ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir: “Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma başa çatdırılmır. Bir kilometr yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?"
Deputat daha sonra deyib ki, nəqliyyat və yolla bağlı işlər görülür: "Məncə, işlərin daha da sürətlənməsi və 24 saatlıq rejimə keçilməsi lazımdır ki, layihələr daha tez bitsin. Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”.
MİA.AZ