Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı korrupsiya ittihamı ilə açılmış cinayət işi üzrə növbəti həbslər həyata keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün korrupsiya istintaqı çərçivəsində Avcılar və Beşiktaş bələdiyyələrində çalışan 7 nəfər haqqında həbs qərarı çıxarılıb.

İstanbul prokurorluğu faktı təsdiqləyib. Bildirilib ki, onlar bələdiyyənin keçirdiyi tenderlərində qanunsuzluqlara və korrupsiyaya yol verməkdə şübhəli bilinirlər.

Lamiyə Əhmədli
Mia.az