Avqustun 31-i Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlu güllələnib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, keçmiş hərbçi olduğu bildirilən şəxs İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb.

Nəticədə 28 yaşlı İsmayıl hadisə yerində ölüb, atası isə boynunan yaralanıb.

Bildirilir ki, hadisə ticarət mübahisəsi zəminində baş verib.

Atəş açan şəxs saxlanılıb.

Zərərçəkmiş şəxslər əslən İsmayıllı rayonundandır və uzun müddətdir Ukraynada yaşayırmışlar.

Hadisə anının görüntülərini təqdim edirik:

****

Hadisə barədə mərhumun atası Fərman İsmayılov İTV-yə danışıb.

O, açıqlamasında insidentin təfərrüatını bölüşüb.