Superliqanın 3-cü turunda "Alanyaspor"u öz meydanında 2:1 hesabı ilə məğlub edən "Eyüpspor" liqada ilk xalını qazanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Eyüpspor"un qollarını 1-ci dəqiqədə Şeşlar, 68-ci dəqiqədə isə Ampem vurub.
"Alanyaspor"un yeganə qolunaisə 67-ci dəqiqədə penaltidən Hadergjonaj imza atıb.
Bu nəticə ilə "Eyüpspor" liqada ilk 3 xalını qazanıb. "Alanyaspor" isə 1 xalda qalıb.
Fərid
MİA.AZ