Ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb.

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin efirində deyib.

Onun sözlərinə görə, sözügedən plan yerlərinin siyahısı sabah məlum olacaq:

"I ixtisas qrupu üzrə 1549 yer var. II qrup üzrə 278, III ixtisas qrupu üzrə 30, IV qrup üzrə isə 218 boş plan yeri var. V qrupa gəlincə, bu qrupda 144 boş plan yeri var"(Report).