Türkiyə mafiyasının liderlərinndən olan və Birəşmiş Ərəb mirliyində sığınacaq almş Sedat Peker vəkili Ersan Barkının İstanbulda vəhşicəsinə qətlə yetirilmiş 15 yaşlı Ahmet Minguzzin ailəsinin vəkiliyini öz üzərinə götürməsindən sonra dedi-qodulara reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 15 yaşlı uşağın qətindən sonra onun məzarının dağıdılması, ailəsnin təhdid olunmasını nə qədər yolveirlməz olduğunu deməklə yanaşı, vəkil təyinatından sonra "dövlətin edə bilmədiyini Sedat Peker etdi" tipli açıqlamaları qəbuledilməz sayıb.
Peker deyib: "Hörmətli vəkilim Ersan Barkının qardaşımız Ahmet Minguzzinin ailəsini vəkilliyini üstənməsi xəbəri mediada çıxanda "Dövlətin bacarmadığını Sedat Peker etdi" kimi üzücü yazılar gördüm. Mən dövlətin övladıyam...”.
Peker əlavə edib ki, bu tip dedi-qqodular yayanlar ölkədə xaosçıxarmağa çalışırlar. Mafiya lideri xaos çıxarmağa çalışanların dəyirmanına su tökməməyə çağırış edib.
Xatırladaq ki, 2023-cü ildə İstanbulun Kadıköy rayonunda 15 yaşında 3 nəfər tərəfindən səbəbsiz yerə bıçaqlanaraq öldürülən Ahmet Mattia Minguzzinin əvvəlki vəkiili Rezan Epözdemir “rüşvət" ittihamı ilə avqustun 14-də tutulub. Bundan sonra Pekerin vəkil Ersan Barkın ailənin vəkili olub.
Ana Yasemin Minguzzi də "İnstaqram"da Barkınla fotosunu paylaşaraq ona təşəkkür edib: "Oğlumuz Mattia Ahmetin İstanbul Ağır Cəza Məhkəməsində davam edən məhkəməsində ailəmizi vəkil Ersan Barkın təmsil edəcək. Əvvəldən bizimlə olan cənab Ersan Barkına təşəkkür edirik".
Yasemen Mingüzü Sedet Pekerin xanmı Özge Pekerin "İnşallah, qatillər layiq olduqları ədaləti görəcəklər. Bu, mənim bir ana olaraq duamdır. Allah hər zaman köməyin olsun, Yasemin xanım", - mesajını paylaşaraq ona da xüsusi təşəkkür edib.
Məlumatda o da deyilir ki, Pekerin vəkilinin işə daxil olmasından sonra ailəyə qarşı təhdidlər dayanıb.
Firudin Səfərli
MİA.AZ