Qəbələdə narkotik bitki yetişdirənşəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb. Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.