"Vilyarreal" "Çelsi"nin portuqaliyalı müdafiəçisi Renato Veyqanı heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada bildirilib ki, 22 yaşlı futboçu ilə 7 illik müqavilə imzalanıb.

Karyerasında “Auqsburq”, “Yuventus”, “Bazel” və “Çelsi”də çıxış edən Veyqa “Çelsi” ilə 2024-2025 UEFA Konfrans Liqası çempionluğunun sevincini yaşayıb.

Fərid

MİA.AZ