Almaniyanın "Bayer Leverkuzen" komandası İspaniyanın "Sevilya" klubundan Loik Badeni heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub bu barədə açıqlama verib.

Açıqlamada bildirilib ki, 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Transferin 29 milyon avroluq transfer haqqı ilə edildiyi iddia edilir.

Xatırladaq ki, "Sevilya" karyerasında 93 matça çıxan fransalı müdafiəçi cəmi 3 qol vurub.

Fərid

MİA.AZ