"Beşiktaş" klubu Dəniz Gül və Başar Önal ilə maraqlanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" cinah alternativi olaraq Hollandiyanın "NEC Nijmegen" klubunda çıxış edən 21 yaşlı türk əsilli hollandiyalı futbolçu Başar Önalı transfer siyahısına əlavə edib.

Semih Kılıçsoyun "Kalyari"yə icarəyə verilməsindən sonra hücumçu bazasını gücləndirmək istəyən "Beşiktaş" "Porto"da çıxış edən Dəniz Gülü heyətinə qatmaq istəyir.

21 yaşlı futbolçu ilə bağlı yaxın günlərdə rəsmi əlaqəyə başlanacağı gözlənilir.

Fərid

MİA.AZ