Superliqa komandalarından "Gaziantep FK" ispaniyalı futbolçu Luis Peresi transfer edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan verilən açıqlamada bildirilib ki, 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Luis Peres ötən mövsüm "Real Valyadolid" heyətində 33 matça çıxıb.
Fərid
MİA.AZ