"Trabzonspor" Fransa Liqa 2-də çıxış edən "Bastiya"dan 19 yaşlı Kristian Ravynel İnao Oulai ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib:

"Müqaviləyə əsasən, 5,5 milyon avro "SC Bastia Club"a müqavilənin ləğvi haqqı olaraq dörd hissədə ödəniləcək."

Bildirilib ki, oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Fərid

MİA.AZ