Super Liqa komandalarından olan "Gençlerbirliği" malili hücumçu Sekou Koitanı heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan verilən açıqlamada bildirilib ki, 25 yaşlı futbolçu satınalma şərtilə icarəyə götürülüb.

Peşəkar karyerasına ölkəsinin “Bakaridjan” klubunda başlayan Koita “Kita”, “Liefering”, “Volfsberqer”, “Zalsburq” və Moskvanın "ÇSKA" klublarında çıxış edib.

Fərid

MİA.AZ