Superliqa komandalarından olan "Konyaspor" Cekson Mulekanı heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Konyaspor" klubundan verilən açıqlamada bildirilib ki, 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Muleka "Kasımpaşa" və "Beşiktaş"da çıxış edib.

Fərid

MİA.AZ