İtaliyanın "Roma" klubu İngiltərənin "Aston Villa" klubundan Leon Beyliyi icarəyə götürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Roma" klubu bu barədə açıqlama verib.
Açıqlamada bildirilib ki, 28 yaşlı sağ cinah hücumçusu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Beyli "Aston Villa" heyətində 144 matça çıxıb, 22 qol vurub.
Fərid
MİA.AZ