İngiltərənin "Bornmut" komandası Almaniyanın "Bayer Leverkuzen" klubundan Amine Adlini heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, 25 yaşında olan sol cinah hücumçusu ilə 5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Amine Adli ötən mövsüm "Bayer Leverkuzen" heyətində 28 oyun keçirib 2 qol vurub və məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ