Türkiyənin paytaxtında işməli su ehtiyatı ilə bağlı SOS verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Su və Kanalizasiya İdarəsinin məlumatına əsasən, paytaxtın 3 aydan az içməli su ehtiyatı qalıb.

İdarənin məlumatına görə, hazırda Ankaranın su barajlarında doluluq nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə 39,41 faizdən 19,42 faizə, aktiv doluluq nisbəti isə 31,21 faizdən 8,52 faizə düşüb: "Barajlardakı mövcud doluluq nisbətini nəzərə alsaq, şəhərin 3 aydan da az içməli suyunun qaldığını deyə bilərik"

Məlumatda paytaxtı su ilə təmin edən su barajlarının (göl) mövcud vəziyyəti də açıqlanıb: "20 avqust 2025-ci il tarixinə su anbarlarında vəziyyət belədir:  Çubuk-2-də doluluq faizi 10,67, Çamlıdərədə 19,37 faiz, Kurtboğazıda 14,05 faiz, Kavşakkayada 16,84, Eğrekkayada 27,41, Peşəkəydə 20,16, Akyarda 20,4, Akyarda cəmi 14,4faiz həcmində su qlaıb..."

Xəbərdə deyilir ki, artıq bəzi göllərdə - Çamlıdere, Kurtboğazı, Akyar və Eğrekkaya suyun səviyyəsi o qədər çəkilib ki, göldəki qədim yaşayış məskənləri, ev qalıqları üzə çıxıb.

Lamiyə Əhmədli
MİA.AZ