UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında ötən gecə "Benfika" ilə qolsuz bərabərə qalan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo mətbuat konfransında açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Joze Mourinyo növbəti mərhələyə yüksəlmək şanslarının hələ də 50/50-yə olduğunu deyib.
Bu nəticə ilə növbəti turun favoritlərinin dəyişmədiyini iddia edə Mourinyo hələ heç nə bitməyib: "Favvoritlərlə bağlı heç nə dəyişməyib. "Benfika" əla komandadır və bunu bu gün öz təcrübələri ilə göstərdilər. Onlar həlledici anlarda oyunu necə davam etdirəcəklərini bilirlər. Qaldı oyuna, səfərdə və evdə oynamaq təbii ki, fərqli şeylərdir. Dünən dediyim kimi, əgər onlara uduzarsaq, təbrik edəcəm. Lakin hələ turun kimi keçəcəyi bəlli deyil. Hər iki komandanın şansı bərabərdir".
Fərid
MİA.AZ