İsrail hərbçiləri İordan çayının qərb sahilində daha əvvəl gözündən güllə yarası alan 38 yaşlı fələstinli jurnalist Muaz Amarineni saxlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Bildirilib ki, jurnalist Amarin İordan çayının qərb sahilindəki Beytüllahm və Hebron şəhərləri arasında avtomobillə hərəkət edərkən İsrail xüsusi təyinatlıları tərəfindən dayandırılıb: "Amarin İsrail hərbçiləri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb".
Xatırladılıb ki, jurnalist 2019-cu ildə üzərində “Press” yazılmış jilet geyinməsinə baxmayaraq, İsrail əsgərlərinin atəş açması nəticəsində bir gözünü itirib.
Tahir Şəlvəli
MİA.AZ