Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, liderlər Tramp-Putinin Alyaskadakıə görüşünün nəticələri və Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, xüsusilə ticarət məsələsi ətrafında müzakirə aparıblar.
Prezident Ərdoğan Ukrayna ilə sülh prosesi ilə bağlı prosesi yaxından izlədiyini, Türkiyənin müharibə başlayandan bəri ədalətli sülhün əldə olunması üçün səmimiyyətlə çalışdığını xüsusi vurğulayıb. O, daimi sülh üüçn yenə də səylərini davam etdirəcəyini bildirib.
Rusiya prezidenti Putin də İstanbulda başlayan danışıqlar posesindən məmnun qaldığını deyib və Ərdoğana bu yöndəki fəaliyyətinə görə təşəkkür edib.
Tərəflər sonda iki ölkənin dialoqu davam etdirməsi ilə bağlı razılığa gəliblər.
Lamiyə Əhmədli
MİA.AZ