Baş prokuropr Kamran Əliyev Sabirabad və Şəkiyə prokurorlar təyin edib.
Mia.az xəbər verir ki, əmrə əsasən, Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev Sabirabad rayon prokuroru təyin olunub.
Baş prokurorun digər bir əmr ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov isə Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.