"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsəsən, Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci maddəsi üzrə cinayət işinə xitam verilib.

MİA.AZ